Türkiyə Suriyanın 18 hərbi qulluqçusunu Rusiyaya təhvil verib

Türkiyə Suriyanın 18 hərbi qulluqçusunu Rusiyaya təhvil verib Türkiyə Suriyanın şimalında saxlanılmış 18 hərbi qulluqçunu Rusiyaya təhvil verib.
Digər ölkələr
1 Noyabr , 2019 08:43
Türkiyə Suriyanın 18 hərbi qulluqçusunu Rusiyaya təhvil verib

Türkiyə Suriyanın şimalında saxlanılmış 18 hərbi qulluqçunu Rusiyaya təhvil verib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter"dəki səhifəsində bildirilir.

Qeyd edilir ki, hərbçilər Ankaranı dəstəkləyən Suriya Azadlıq Ordusunun hərbçiləri tərəfindən tutulublar.

Oktyabrın 29-da Ras-əl-Eyn şəhərindən cənub-şərqdə kəşfiyyat və digər hərbi əməliyyatların gedişatında saxlanılmış 18 hərbçi Rusiya Federasiyası hakimiyyəti ilə koordinasiya nəticəsində qarşı tərəfə verilib.

Onların Suriya prezidenti Bəşşar Əsədin döyüşçüləri olduqları bildirilir. Bununla əlaqədar Rusiya Federasiyasının vəzifəli şəxsləri ilə araşdırma və əlaqələndirmə işləri keçirilib.

Ras-əl-Ayn hazırda Türkiyə Silahlı Qüvvələrinin və Suriya Azadlıq Ordusu döyüşçülərinin nəzarəti altındadır. 

Son xəbərlər

Orphus sistemi