Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyəli hərbçilər Suriya ilə sərhəddəki Kilis rayonunda terrorçu İŞİD gruplaşmasının dörd üzvünü tutublar.
"Report" Anadolu Agentliyinə istinadla xəbər verir ki, silahsız olan İŞİD üzvləri bu gün Suriya ərazisindən gizlicə Türkiyəyə daxil olmaq istəyiblər, lakin istəklərinə müvəffəq ola bilməyiblər.