Türkiyə hərbçiləri Suriyanın hökumət əsgərləri olduqları güman edilən 18 nəfəri saxlayıb

Türkiyə hərbçiləri Suriyanın hökumət əsgərləri olduqları güman edilən 18 nəfəri saxlayıb Türkiyənin silahlı qüvvələri Suriyanın hökumət qoşunlarının tərkibinə daxil olduqları güman edilən bir neçə hərbçini saxlayıb.
Digər ölkələr
30 Oktyabr , 2019 01:31
Türkiyə hərbçiləri Suriyanın hökumət əsgərləri olduqları güman edilən 18 nəfəri saxlayıb

Türkiyənin silahlı qüvvələri Suriyanın hökumət qoşunlarının tərkibinə daxil olduqları güman edilən bir neçə hərbçini saxlayıb.

"Report"un Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilir ki, Ras-əl-Aynın cənub-şərqində aparılan axtarış və kəşfiyyat tədbirlərinin gedişatında 18 nəfər tutulub. Onların Suriya prezidenti Bəşşar Əsədin döyüşçüləri olduqları bildirilir. Bununla əlaqədar Rusiya Federasiyasının vəzifəli şəxsləri ilə araşdırma və əlaqələndirmə işləri keçiriləcək.

Ras-əl-Ayn hazırda Türkiyə Silahlı Qüvvələrinin və Suriya Azadlıq Ordusu döyüşçülərinin nəzarəti altındadır. 

Son xəbərlər

Orphus sistemi