Türkiyə Silahlı Qüvvələri: "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb

Türkiyə Silahlı Qüvvələri: "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb Bakı. 15 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi Zeytun budağı əməliyyatında 7 türk əsgəri yaralanıb.
Digər ölkələr
15 Fevral , 2018 23:11
Türkiyə Silahlı Qüvvələri: Zeytun budağı əməliyyatında 7 türk əsgəri yaralanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, əsgərlər iki ayrı silahlı əməliyyatda xəsarət alıblar. Bildirilir ki, "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1528-ə çatıb. 

Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Son xəbərlər

Orphus sistemi