Türkiyə Silahlı Qüvvələri: Afrində 1614 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri: Afrində 1614 terrorçu zərərsizləşdirilib Hərbi əməliyyatlar zamanı 31 türk əsgəri şəhid olub
Digər ölkələr
18 Fevral , 2018 11:07
Türkiyə Silahlı Qüvvələri: Afrində 1614 terrorçu zərərsizləşdirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı son rəqəmləri açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə "Hürriyyet.com" xəbər verib.

Türkiyə ordusuna istinadən yayılan məlumata görə, "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 1614 terrorçu zərərsizləşdirilib. 

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 65-ə çatıb.

Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Son xəbərlər

Orphus sistemi