Türkiyə Prezidenti və Əbu-Dabi vəliəhdi arasında telefon danışığı olub

Türkiyə Prezidenti və Əbu-Dabi vəliəhdi arasında telefon danışığı olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyanla arasında telefon danışığı olub.
Digər ölkələr
31 Avqust , 2021 03:38
Türkiyə Prezidenti və Əbu-Dabi vəliəhdi arasında telefon danışığı olub
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyanla arasında telefon danışığı olub.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, danışıqlarda iki ölkə arasındakı münasibətlər və regional mövzular diqqət mərkəzində olub.

Dövlət rəsmiləri ikitərəfli əlaqələrin gücləndirilməsi yollarını müzakirə ediblər.

BƏƏ-nin rəsmi agentliyi WAM Ərdoğan və Nəhyanın ikitərəfli münasibətlərin, dostluq əlaqələrinin iki xalqın və ölkənin ortaq mənafelərinə xidmət edəcək şəkildə gücləndirməyin, inkişaf etdirməyin yollarını müzakirə etdikləri qeyd edib.

Ərdoğanla Nəhyan ortaq maraqlar, regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi