Türkiyə prezidenti və Britaniyanın baş naziri ABŞ-da danışıqlar aparıblar

Türkiyə prezidenti və Britaniyanın baş naziri ABŞ-da danışıqlar aparıblar BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Britaniyanın baş naziri Boris Consonu qəbul edib.
Digər ölkələr
21 Sentyabr , 2021 02:53
Türkiyə prezidenti və Britaniyanın baş naziri ABŞ-da danışıqlar aparıblar
Boris Conson və Rəcəb Tayyib Ərdoğan

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Britaniyanın baş naziri Boris Consonu qəbul edib.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, görüş Nyu-Yorkda yenicə açılışı olan “Türk evi”ndə baş tutub. Türkiyə rəhbərinin Britaniyanın hökumət başçısı ilə görüşü 40 dəqiqə davam edib. Danışıqlar qapalı olub.

Qeyd edək ki, Ərdoğan daha əvvəl BMT baş katibi Antoniu Quttereşlə görüşüb. Görüşdə Suriya, Liviya və Əfqanıstanla bağlı fikir mübadiləsi aparılıb. Türkiyə rəhbəri və baş katib habelə Kipr məsələsini də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi