Yuxarı

​Türkiyə prezidenti ilə Səudiyyə Ərəbistanı kralı Yəməndəki vəziyyəti müzakirə edib

Rəcəb Tayyib Ərdoğan Yəməndəki vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılandığını vurğulayıb

Bakı. 27 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud arasında telefon danışığı olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından bildirilib.

Məlumata görə, onlar Yəməndəki son vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti Yəmənin ərazi bütövlüyünü, bölgənin təhlükəsizliyini, sabitliyi təhdid edən fəaliyyətin beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılandığını vurğulayıb.

Səudiyyə Ərəbistanı kralı Türkiyə liderinə narahatlığına görə təşəkkür edərək, Yəmən prezidenti Abdurrabu Mansur Hadinin istəyi və krallığın başçılığı ilə Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyat haqda məlumat verib.

Tərəflər bu il martın 2-də ər-Riyadda keçirdikləri görüşü xatırlayaraq, iki ölkə arasındakı əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi