Yuxarı

​Türkiyə parlamentinin üç partiyası Almaniya Bundestaqının qətnaməsini pisləyib

Biz, Türkiyə xalqının nümayəndələri, Almaniya parlamentinin ədalətsiz qərarını qəbul etmirik

Bakı. 3 iyun. REPORT.AZ/ Biz, Türkiyə xalqının nümayəndələri, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmirik və bunu qəti pisləyirik. "Report"un məlumatına görə, bu fikirlər Türkiyənin Böyük Millət Məclisində təmsil olunan siyasi partiyaların Almaniya Bundestaqının qətnaməsini pisləyən birgə bəyanatında yer alıb.

Hakim Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) Almaniya Bundestaqının uydurma “erməni soyqırımı”nın tanıması ilə bağlı qətnaməsini qəti şəkildə pisləyiblər.

Qeyd edək ki, ötən gün Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

Parlamentdə bununla bağlı səsvermə keçirilib və qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan layihə qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi