Yuxarı
    Bağlamaq

    Türkiyə ordusu Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu nəzarətə götürüb

    Əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşmasının 15 silahlısı öldürülüb

    Bakı. 21 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu tam nəzarətə götürüb. 

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

    İnformasiyaya görə, yola tam nəzarətin edilməsi ilə bağlı keçirilən əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşmasının 15 silahlısı öldürülüb, terrorçuların 48 sığınacaq və istehkamı məhv edilib.

    Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri  120 gündür Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatı keçirir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi