Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyə ordusu İraqın şimalında PKK terrorçularının mövqelərinə havadan zərbələr endirib.
"Report"un Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələri xəbər yayıb.
Bildirilir ki, zərbələr nəticəsində 35 terrorçu zərərsizləşdirilib.