Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın İraqın şimalında, Metin ərazisindəki mövqelərinə zərbələr endirib.
Digər ölkələr
18 İyul , 2019 05:15
Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın İraqın şimalında, Metin ərazisindəki mövqelərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi özünün "Twitter"dəki səhifəsində məlumat yayıb.

Bildirilir ki, zərbələr zamanı 7 PKK terrorçusu məhv edilib. Terrorçuların mövqelərinə zərbələr "Pəncə" əməliyyatının qərargahı ilə əlaqələndirilərək endirilib.

Türkiyə ordusu mayın sonlarından İraqda antiterror əməliyyatı keçirilir. "Pəncə-1" əməliyyatı mayın 27-də Hakurk ərazisində ölkənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə başlayıb. Əməliyyatın gedişatında 61 terrorçu öldürülüb. 

Türkiyə ordusu "Pəncə" əməliyyatı çərçivəsində 68 terrorçunu məhv edib.

Son xəbərlər

Orphus sistemi