Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti antiterror əməliyyatı keçirib.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, əməliyyat Kara bölgəsində baş tutub. Əməliyyat zamanı terrorçu PKK-nın 3 silahlısı zərərsizləşdirilib. Terroçuların əməliyyatdan əvvəl Türkiyə ərazisinə hücum hazırlığında olduqları qeyd edilir.
Antiterror əməliyyatına Türkiyənin Hərbi Hava Qüvvələri də dəstək verib.