​Türkiyə Silahlı Qüvvələri 11 İŞİD terrorçusunu məhv edib

​Türkiyə Silahlı Qüvvələri 11 İŞİD terrorçusunu məhv edib İŞİD silahlılarının istifadə etdiyi üçmərtəbəli bina dağıdılıb
Digər ölkələr
27 Aprel , 2016 00:08
​Türkiyə Silahlı Qüvvələri 11 İŞİD terrorçusunu məhv edib

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyə artilleriyası Suriyanın Aleppo əyalətinin şimalında 11 İŞİD terrorçusunu məhv edib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Məlumatda bildirilir ki, Türkiyə Hərbi Qüvvələrinə məxsus "Fırtına" özüyeriyən artilleriya sisteminin zərbələri nəticəsində terrorçuların raket-işəsalma qurğuları məhv edilib. Bununla yanaşı, İŞİD silahlıları tərəfindən istifadə edilən üçmərtəbəli bina da dağıdılıb.

Atəş zərbələri nəticəsində 11 terrorçu məhv edilib.

Məhv edilmiş terrorçuların hədəfi Kilis şəhərinə raket zərbələri endirmək imiş. 

Son xəbərlər

Orphus sistemi