Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyə hökuməti Krımın mərkəzi məscidinin bərpasında və RF-nin digər regionlarında da dini tikililərin inşasında kömək edəcək. "Report" xəbər verir ki, bu barədə İstanbulda keçirilən Rusiya Muftilər Şurasının (RMŞ) sədri Ravil Qaynutdin və Türkiyənin din məsələləri üzrə naziri Mehmet Germezin görüşünün yekunlarına görə RMŞ məlumatında deyilir.
Bu həftə RMŞ nümayəndə heyəti Türkiyədə işçi səfərdədir. SMR mətbuat xidmətinin məlumatına görə, R.Qaynutdin və M.Germezin görüşü zaman Türkiyə və Rusiyanın islam təhsili, maariflənmə, nəşriyyat fəaliyyəti, RF regionlarında məscidlərin inşası sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.
"Birgə layihələrdən biri Simferopolun tarixi hissəsində Mərkəzi məscid kompleksinin və Seid-Səttar-Cami mədrəsəsinin bərpası olacaq", - press-relizdə deyilir.
Simferopolda Kəbir-Cami məscidi - Krım müsəlmanlarının əsas mənəvi mərkəzi və şəhərdə ən qədim tikililərdən biridir (XVI əsrin əvvəlləri).