Türkiyə MİT-in rəhbəri İraq Prezidenti ilə terrorla mübarizəni müzakirə edib

Digər ölkələr
  • 23 yanvar, 2024
  • 08:30
Türkiyə MİT-in rəhbəri İraq Prezidenti ilə terrorla mübarizəni müzakirə edib

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın İraqa səfər edib. O, ölkə Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, tərəflər terrorla mübarizəni müzakirə ediblər.

İ.Kalın ölkə rəhbərinə PKK-nın hücumları və regionda həyata keçirilən əməliyyatlar barədə məlumat verib. Qeyd olunub ki, Türkiyə BMT prinsiplərinə uyğun olaraq əməliyyatları davam etdirəcək. O bildirib ki, Türkiyə İraqın təhlükəsizliyinə və sabitliyinə hörmət edir.

Həmçinin, tərəflər başda PKK olmaqla terror təşkilatlarına qarşı əməkdaşlığın inkişafı barədə danışıblar.

Eyni zamanda, İ.Kalın ölkənin Baş naziri Muhammed Şiya Es-Sudani, həmçinin şiə və sünni qrupları, türkmənlərin təmsilçiləri ilə görüşüb. Tərəflər terrorlu mübarizə barədə danışıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti