Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbər şəxslərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbər şəxslərindən birini öldürüb Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın şimalındakı Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.
Digər ölkələr
6 Mart , 2024 10:53
Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbər şəxslərindən birini öldürüb

Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı-MİT) İraqın şimalında yerləşən Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərlərindən biri olan Şevger Azad/Aras kod adlı Hüsnü Kümek öldürülüb.

O, qruplaşmanın Süleymaniye bölgəsindəki dəstələrinə rəhbərlik edirmiş.

Son xəbərlər

Orphus sistemi