Türkiyə İsraillə diplomatik əlaqələri kəsməyi düşünür
Digər ölkələr
- 19 noyabr, 2023
- 01:42
“Türkiyə hesab edir ki, İsraillə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı qərarlar kollektiv xarakter daşımalıdır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
“Biz İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirdik, lakin hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır. Biz Vaşinqtonun İsraili tam dəstəkləməsi və daimi atəşkəsi qəbul etməməsi ilə razılaşmırıq.
ABŞ-ın İsrailə dəstəyi davamlı qətllər və bombardmanlarla davam edərsə, bu, qlobal böhran yaradacaq. Biz atəşkəs əldə olunana qədər Qəzza zolağında müharibədən sonrakı vəziyyət barədə danışmaqdan imtina edirik”-deyə, o bildirib.
Son xəbərlər
16:32
BMT Komitəsi Fransaya Kanakidəki müstəmləkəçilik siyasətinə görə xəbərdarlıq edib
Digər ölkələr16:30
AKİ-nin qurultayqabağı iclası olub, sədrlik postuna iki namizəd olacaq
Mədəniyyət siyasəti16:29
Memar: Hündür və sıx tikililər şəhərlərdə "beton istilik effekti" yaradır
İnfrastruktur16:25
Foto
Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Daxili siyasət16:23
Rubio: ABŞ İrandan müharibənin dayandırılması ilə bağlı saziş layihəsinə cavab gözləyir
Digər ölkələr16:20
Azərbaycanın bəzi rayonlarına yağış, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA
Ekologiya16:20
Hacıqabul və Neftçalanın bəzi ərazilərində qaz olmayacaq
Energetika16:19
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar təsdiqlənib
Daxili siyasət16:17