Yuxarı

​Türkiyə ilə Suriya arasında ticarət əlaqələri bərpa olunub

Cilvəgözü Sərhəd Qapısından bu gün ilk dəfə olaraq 1000 ton kartof və quru soğan Suriyaya göndərilib

Bakı. 14 iyul. REPORT.AZ/ Türkiyə ilə Suriya arasında ticarət əlaqələri bərpa olunub.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Hatay vilayətindən Suriyaya ixracat qarşılığında idxala izazə verilib. İznin verilməsinin ardından Cilvəgözü Sərhəd Qapısından bu gün ilk dəfə olaraq 1000 ton kartof və quru soğan Suriyaya ixrac olunub.

İki ölkə arasında ticarət əlaqələrinin bərpasına Türkiyənin Gömrük və Ticarət Nazirliyi icazə verib. Suriyadan pambıq, mərcimək, paxla kimi məhsulların idxlanın qarşılığında Türkiyədən həmin ölkəyə kartof, soğan, ixrac ediləcək.

Xatırladaq ki, Türkiyə ilə Suriya arasında idxal-ixrac prosesi iki ildir dayanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi