Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə Bağdadda təhlükəsizlik zirvəsi başlayıb

Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə Bağdadda təhlükəsizlik zirvəsi başlayıb İraqın paytaxtı Bağdadda Türkiyə hərbi-siyasi hakimiyyətinin iştirakı ilə təhlükəsizlik zirvəsi başlayıb.
Digər ölkələr
14 Mart , 2024 17:21
Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə Bağdadda təhlükəsizlik zirvəsi başlayıb

İraqın paytaxtı Bağdadda Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə təhlükəsizlik zirvəsi başlayıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu terrorla mübarizə, təhlükəsizlik və hərbi əməkdaşlıqdır.

Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın iştirak edirlər.

Qeyd olunub ki, Türkiyə terrorla mübarizəsini davam etdirməklə yanaşı, Bağdadla əlaqələrini gücləndirmək niyyətindədir.

İclasda enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Bununla bağlı İraqdakı təbii qaz mənbələrinin inkişafı və beynəlxalq bazarlara çatdırılması məqsədilə İraq-Türkiyə neft borusunun yenidən fəaliyyətə başlaması haqqında da fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprel ayında İraqa səfəri gözlənilir.

Son xəbərlər

Orphus sistemi