Yuxarı
    Bağlamaq

    Türkiyə Hərbi Qüvvələri İraqda PKK-ya qarşı əməliyyatları davam etdirir

    Terrorçularıın əldəqayırma partlayıcı qurğusu məhv edilib

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyə Hərbi Qüvvələri İraqın şimalında, Avaşin-Basyan ərazisində terrorçuların obyektlərinə qarşı əməliyyatları davam etdirir.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

    Əməliyyat zamanı PKK silahlılarının əldəqayırma partlayıcı qurğusu məhv edilib.

    Quru qoşunları bölməsi Suriyadan Türkiyəyə keçmək istəyən 2197 nəfəri saxlayıb. Saxlanılanlardan silahlar müsadirə edilib.

    Bundan əlavə, saxlanılan daha 38 nəfər Yunanıstandan Türkiyəyə qeyri-leqal yolla gəlmək istəyib.

    Qeyd edək ki, PKK terror təşkilatı Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına qarşı silahlı hücumlar həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi