Türkiyə hərbçiləri Afrindəki Darmık dağını terrorçulardan təmizləyib - VİDEO

Türkiyə hərbçiləri Afrindəki Darmık dağını terrorçulardan təmizləyib - VİDEO Dağın zirvəsinə Türkiyə bayrağı sancılıb
Digər ölkələr
2 Fevral , 2018 20:13
Türkiyə hərbçiləri Afrindəki Darmık dağını terrorçulardan təmizləyib - VİDEO

Bakı. 2 fevral. REPORT.AZ/ Türkiyə hərbçiləri Afrindəki Darmık dağını terrorçulardan təmizləyib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bundan öncə həmin dağ PKK terrorçu qruplaşmasının Suriyadakı qolları olan YPG və PYD-nin nəzarətində idi və həmin dağdan Türkiyənin sərhəd şəhəri olan Kilisin atəşə tutulmasında istifadə edilirdi.

Məlumatda Darmık dağının zirvəsinə Türkiyə bayrağının sancıldığı qeyd olunub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin əyalətində "Zeytun budağı" adlı antiterror əməliyyatının başlandığını elan edib. 

Son xəbərlər

Orphus sistemi