Yuxarı

Türkiyə Əfanıstanda bir sıra tədbirlər həyata keçirəcək

Türkiyə Silahlı Qüvvələri, Kabil Beynəlxalq Hava limanının idarəetməsini həyata keçirəcək

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri, Kabil Beynəlxalq Hava limanının idarəetməsini həyata keçirəcək.

"Report" TRT-yə istinadla xəbər verir ki,Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) fəaliyyətinin başa çatması və vəzifələrini yanvarın 1-dən Dəstək Missiyasına verməsi ilə əlaqədar Türkiyə bu ölkədə bir sıra tədbirlər həyata keçirəcək.

Bu çərçivədə Əfqanıstanda fəaliyyətini davam etdirəcək Türkiyə, beynəlxalq ictimaiyyətlə birgə Kabildə asayişin təmin olunmasına qatılacaq. Türkiyə Silahlı Qüvvələrinin zabitləri Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri qərargahları və nazirliklərinə müşavir təyin ediləcək, əfqan xalqına səhiyyə xidməti göstəriləcək və Əfqanıstan Silahlı Qüvvələrinin hərbi tədris müəssisələrinə personal dəstəyi veriləcək. Ümumilikdə Əfqanıstanda Türkiyə Silahlı Qüvvələrinin 1000 nəfər hərbçisi xidmət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi