Yuxarı

Türkiyə Çindən raket almaq fikrindən daşınıb

Türkiyənin Çindən raket idxalına dair müqaviləsinə ABŞ və NATO-ya üzv olan bir neçə dövlət etiraz etmişdi

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyə Çin istehsalı olan raketləri almaq fikrindən daşınıb.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, 4 milyar dollar dəyərindəki bu müqavilə ilə bağlı uzun müddət aparılan danışıqlar Türkiyə tərəfinin qərarı ilə dayandırılıb.

"Milli Raket Layihəsi"nə üstünlük verəcəyini açıqlayan rəsmi Ankara, raketlərin xaricdən idxalı ilə bağlı tenderin keçirilməyəcəyini bildirib.

Qeyd edək ki, Türkiyənin Çindən raket idxalına dair müqaviləsinə ABŞ və NATO-ya üzv olan bir neçə dövlət etiraz etmişdi.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi