Türk əsilli alim Almaniya Prezidentini seçən konqresə nümayəndə olub

Türk əsilli alim Almaniya Prezidentini seçən konqresə nümayəndə olub “BioNTech” şirkətinin qurucularından olan doktor Özlem Türeci Almaniya Prezidentini seçəcək Federal Konqresə nümayəndə seçilib
Digər ölkələr
16 Dekabr , 2021 17:39
Türk əsilli alim Almaniya Prezidentini seçən konqresə nümayəndə olub
Özlem Türeci

“BioNTech” şirkətinin qurucularından olan doktor Özlem Türeci Almaniya Prezidentini seçəcək Federal Konqresə nümayəndə seçilib.

“Report” xəbər verir ki, məlumatı “Habertürk” yayıb.

Bildirilib ki, Almaniya Sosial Demokrat Partiyası tərəfindən qurultaya nümayəndə seçilən Özlem Türeci 2022-ci il fevralın 13-də keçiriləcək prezident seçkisində səs verəcək.

Qeyd edək ki, Almaniyada prezident 736 deputatla yanaşı, 16 əyalətin müəyyənləşdirdiyi Federal Konqresin nümayəndələrinin verdiyi səslə seçilir. Federal Konqres bu məqsədlə 5 ildən bir toplanır.

Son xəbərlər

Orphus sistemi