Tunisin ilk demokratik Prezidenti dəfn edilib

Tunisin ilk demokratik Prezidenti dəfn edilib Tunis Prezidenti Əl-Baci Qaida əs-Səbsi şənbə günü ölkənin eyniadlı paytaxtında torpağa tapşırılıb.
Digər ölkələr
28 İyul , 2019 06:56
Tunisin ilk demokratik Prezidenti dəfn edilib

Tunis Prezidenti Əl-Baci Qaida əs-Səbsi şənbə günü ölkənin eyniadlı paytaxtında torpağa tapşırılıb.

“Report” "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, dəfn mərasimində minlərlə insan, o cümlədən Fransa, Portuqaliya, Əlcəzair prezidentləri, İspaniya və Mərakeş kralları, Qətər əmiri, Fələstin lideri, Liviya və digər ölkələrin yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

İndi Tunisin dövlət başçısı vəzifələrini müvəqqəti olaraq parlament spikeri Məhəmməd ən-Nəsr icra edəcək. Ölkədə növbədənkənar prezident seçkiləri sentyabırn 15-nə təyin olunub.

Son xəbərlər

Orphus sistemi