​Tunisin baş naziri silahlı basqınla bağlı açıqlama verib

​Tunisin baş naziri silahlı basqınla bağlı açıqlama verib Yaralıların 13-ü italiyalı, 7-si fransız, 4-ü yapon, 6-sı tunisli, 11-i polşalı, 2-si cənubi afrikalı, biri isə rusiyalıdır
Digər ölkələr
19 Mart , 2015 13:51
​Tunisin baş naziri silahlı basqınla bağlı açıqlama verib

Bakı. 19 mart. REPORT.AZ/ Tunisin baş naziri Həbib əs-Səid Bardo muzeyinə silahlı basqının təfərrüatlarından danışıb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu o, Nazirlər Kabinetinin iclasında bildirib.

"Öldürülənlərin 4-ü İtaliya, biri Fransa, 2-si Kolumbiya, 5-i Yaponiya, biri Polşa, biri Avstraliya, biri İspaniya vətəndaşıdır", - baş nazir qeyd edib.

Onun sözlərinə görə, hadisə qurbanı olan iki turistin milli mənsubiyyəti hələ müəyyənləşdirilməyib.

Hökumət başçısı bildirib ki, yaralananların 13-ü italiyalı, 7-si fransız, 4-ü yapon, 6-sı tunisli, 11 polşalı, 2-si cənubi afrikalı, biri isə rusiyalıdır.

O, yaralananların bəzilərinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi