Yuxarı

​Tunisdəki terroru törətməkdə şübhəli bilinən bir neçə nəfər tutulub

Hadisə qurbanlarının sayı dəqiq məlum olmasa da, onların 30-dan çox olacağını bildirlib

Bakı. 29 iyun. REPORT.AZ/ Tunisin Susu kurort şəhərindəki terroru törətməkdə şübhəli bilinən bir neçə nəfər həbs edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Tunisin daxili işlər naziri bildirib.

Qeyd edək ki, iyunun 26-da Susun əl-Kantaui rayonunda yerli tələbələrin turistləri güllələdiyi haqda xəbər yayılmışdı. Terrorun məsuliyyətini İŞİD üzərinə götürüb. Hadisə qurbanlarının sayı dəqiq məlum olmasa da, onların 30-dan çox olacağını bildirlib. Qətlə yetirilənlərin 16-sı Britaniya, qalanları Almaniya, Belçika, İrlandiya və Portuqaliya vətəndaşlarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi