Tunisdə prezident seçkiləri keçirilib
Digər ölkələr
- 24 noyabr, 2014
- 07:40
Bakı, 24 noyabr. REPORT.AZ/ Tunisdə 2011-ci il "Ərəb baharı inqilabından" sonra ilk dəfə prezident seçkiləri keçirilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə əsas mübarizə "Nidaa Tunis" ("Tunis çağırışı") partiyasının 87 yaşlı lideri Beci Kaid Essebsi və hazırkı müvəqqəti prezident, "Ən-Nahda" hərəkatının lideri Monsef Marzuki arasında olub.
İlkin nəticələrə əsasən, Essebsi 42% səs toplayaraq namizədlər arasında liderlik edir. Marzuki isə 33% səs toplayıb. Qalan namizədlər 10%-lik həddi aşa bilməyiblər.
Seçkilərdə ümumi əhalinin 65%-i iştirak edib.
Tunis prezidentinin seçilməsi üçün səsvermənin ikinci mərhələsinin keçiriləcəyi istisna olunmur.
Son xəbərlər
14:16
Foto
Hərbi Prokurorluğun rəhbər şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət edib
Hadisə14:09
Rusiyada efirə çıxan siyasətçi və jurnalistlər dedikləri sözün məsuliyyətini dərk etməlidirlər - RƏY
Xarici siyasət14:06
"Borussiya" Niderland millisinin üzvü Coui Vermanı heyətinə qatıb
Futbol14:00
Suriyada istilik elektrik stansiyasında baş verən partlayışda üç nəfər ölüb
Digər ölkələr14:00
Foto
"Azər Türk Bank" və "YAŞAT" Fondu arasında birgə əməkdaşlıq sənədi imzalanıb
Maliyyə13:51
Qazaxıstanda xərçəng əleyhinə yerli dərmanın klinik sınaqları keçirilir
Sağlamlıq13:36
Azərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb
Biznes13:30
Qalibaf İraqa səfər edəcək
Digər ölkələr13:27