Tunisdə fövqəladə vəziyyət rejimi daha 4 ay uzadılıb

Tunisdə fövqəladə vəziyyət rejimi daha 4 ay uzadılıb Müvafiq qərar Tunisin prezident dəftərxanası tərəfindən dərc olunub
Digər ölkələr
14 İyun , 2017 16:38
Tunisdə fövqəladə vəziyyət rejimi daha 4 ay uzadılıb

Bakı. 14 iyun. REPORT.AZ/ Tunis hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 4 ay uzadılması qərarına gəlib.

"Report" AFP-yə istinadən xəbər verir ki, müvafiq qərar Tunisin prezident dəftərxanası tərəfindən dərc olunub.

"Baş nazir və parlamentin sədri ilə məsləhətləşdikdən sonra Prezident Beci Kaid Əs-Sebsi fövqəladə vəziyyət rejimini iyunun 15-dən başlayaraq daha dörd ay müddətinə uzatmaqla bağlı qərar qəbul edib", - prezident dəftərxanasının bəyanatında deyilir.

Xatırladaq ki, 2015-ci ilin iyun ayında Tunisin Sus vilayətində yerləşən Əl-Kantaui istirahət zonasında 40 nəfərin ölümü ilə nəticələnən terror hücumu baş verib. Həmçinin paytaxtda yerləşən Bardo Milli Muzeyi də hücuma məruz qalıb. Noyabr ayında terrorçu-kamikadze paytaxtda Prezident Qvardiyasının əməkdaşlarına hücum edib. Bundan sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi