Tunisdə 20 avtomobil toqquşub, ölən və yaralananlar var

Digər ölkələr
  • 04 yanvar, 2022
  • 18:09
Tunisdə 20 avtomobil toqquşub, ölən və yaralananlar var

Tunisin Hammamet şəhərində 20 avtomobilin iştirakı ilə qəza baş verib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Zəncirvari qəzaya səbəb dumanlı hava şəraiti olub.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.