Tunis sahillərində miqrant gəmisi batıb, 4 nəfər ölüb

Tunis sahillərində miqrant gəmisi batıb, 4 nəfər ölüb Tunis sahillərində qanunsuz miqrantların olduğu qayıq qəzaya uğrayıb.
Digər ölkələr
21 May , 2022 06:16
Tunis sahillərində miqrant gəmisi batıb, 4 nəfər ölüb

Tunis sahillərində qanunsuz miqrantların olduğu qayıq qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə Tunisin TAP xəbər agentliyi məlumat yayıb.

Hadisə ölkənin cənubundakı Sfaks şəhərinin sahillərində baş verib. Sahil Mühafizəsi qüvvələri axtarış-xilasetmə işləri aparıb.

Nəticədə 44 miqrant xilas edilib, 4 nəfərin meyiti sudan çıxarılıb.

Daha 10 miqrantın axtarışları davam edir.

Qayıqda olan miqrantların hamısı Tunis vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi