Yuxarı

​Tunisdə prezident seçkiləri keçirilir

Səsvermənin ikinci turunda hazırki prezidentə qarşı birinci turda qalib gələn Bəyci Kaid Essebsi çıxış edir

Bakı. 21 dekabr. REPORT.AZ/ Tunisdə ölkə tarixində ilk dəfə olaraq azad prezident seçkiləri keçirilir.

"Report" BBC-yə istinadən xəbər verir ki, Tunisdə ölkə prezidenti Zin Abedin Bin Əlinin devrilməsi ilə nəticələnən etiraz hərəkatıdan dörd il sonra və "ərəb baharı"nın əvvəllərində, Tunis demokratik idarəçilik sisteminə keçməyi bacaran yeganə ərəb ölkəsi oldu.

Səsvermənin ikinci turunda hazırki prezident Münsif Marzukiyə qarşı birinci turda qalib gələn, lakin səslərin yarısından çoxunu toplaya bilməyən Bəyci Kaid Essebsi çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi