Tunis NATO ilə əməkdaşlığı aktivləşdirməyə və təcrübə mübadiləsinə hazırdır

Tunis NATO ilə əməkdaşlığı aktivləşdirməyə və təcrübə mübadiləsinə hazırdır Tunisin milli müdafiə naziri İmad Mamiş və NATO Hərbi Komitəsinin sədri admiral Robert Bauer əməkdaşlıq məsələlərini və onun genişləndirilməsi yollarını müzakirə ediblər.
Digər ölkələr
16 Aprel , 2024 07:43
Tunis NATO ilə əməkdaşlığı aktivləşdirməyə və təcrübə mübadiləsinə hazırdır

Tunisin milli müdafiə naziri İmad Mamiş və NATO Hərbi Komitəsinin sədri admiral Robert Bauer əməkdaşlıq məsələlərini və onun genişləndirilməsi yollarını müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə Tunisin "Afrique Presse" agentliyi xəbər yayıb.

Məlumata görə, nazir “xüsusən 2015-ci ildə Tunisin NATO-dan kənar əsas müttəfiq statusunu almasından sonra ölkənin silahlı qüvvələrinin müdafiə qabiliyyətinin artırılmasına töhfə verən NATO ilə əməkdaşlığın inkişaf etdirildiyini” qeyd edib.

Mamiş Şimali Afrika ölkəsinin Milli Müdafiə Nazirliyinin “NATO ilə tərəfdaşlıq mexanizmlərini həyata keçirməyə, kadr hazırlığı sahəsində əməkdaşlığı intensivləşdirməyə və qarşılıqlı hörmət və etimad ruhunda təcrübə mübadiləsinə hər iki tərəfin qarşılıqlı faydası üçün” hazır olduğunu təsdiqləyib.

Bauer, öz növbəsində, Tunis və NATO arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək, xüsusilə “Tunis ordusunun bütün hərbi sahələrdə potensialının artırılmasını” qeyd edib. O, alyansın bu əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi