Yuxarı

​Tunis Liviya ilə sərhəddə divar çəkir

Ölkə bu şəkildə terrorçulardan qorunmağı planlaşdırır

Bakı. 8 iyul. REPORT.AZ/ Ötən ay Tunisin Sus şəhəri ətrafında yerləşən Əl-Kantaui kurortundakı “İmerial Marhaba” hotelinin çimərliyinə silahlı basqından sonra ölkədə təhlükəsizlik tədbirləri daha da gücləndirilir. 

"Report" Türkiyə mətbuatına istinadən məlumat verir ki, Tunis silahlı hücum həyata keçirən cinayətkar qruplaşma üzvlərinin Liviyada təlim keçdikdən sonra ölkəyə gələ biləcəklərindən ehtiyatlanır. Bu məqsədlə Tunis hökuməti Liviya sərhədinə divar hörmək qərarına gəlib. 

Tunisin baş naziri Həbib Əssid televiziyalardan birində çıxışı zamanı bildirib ki, Liviya sərhədində xəndək qazmağa və divar hörməyə başlayıblar: "Divar 1 68 km hündürlüyündə olacaq və 2015-ci ilin sonuna qədər bu işlər yekunlaşacaq", - deyə o bildirib. 

Hökumət başçısı əlavə edib ki, mühafizə divarını ordu tikəcək, habelə bəzi hissələrdə gözləmə mərkəzləri də inşa olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi