Trüdo: Kanada və müttəfiqləri Ukraynanı daha çox silahla təmin etmək üzərində çalışırlar

Trüdo: Kanada və müttəfiqləri Ukraynanı daha çox silahla təmin etmək üzərində çalışırlar Kanada və müttəfiqləri Ukraynaya hərbi avadanlığın tədarükünü mümkün qədər artırmaq üçün birlikdə çalışırlar.
Digər ölkələr
22 Fevral , 2024 23:46
Trüdo: Kanada və müttəfiqləri Ukraynanı daha çox silahla təmin etmək üzərində çalışırlar

Kanada və müttəfiqləri Ukraynaya hərbi avadanlığın tədarükünü mümkün qədər artırmaq üçün birlikdə çalışırlar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo Yeni Şotlandiya əyalətinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Biz mümkün qədər daha çox hərbi avadanlıq göndərdiyimizə əmin olmaq və Ukraynaya göndərmək üçün qlobal bazarlardan daha çox almağa davam etmək üçün bütün dünya üzrə tərəfdaşlarla işləyirik”, – Baş nazir bildirib.

O, Kanadanın Ukraynaya hansı silah növlərini və nə vaxt keçə biləcəyini dəqiqləşdirməyib.

Trüdo xatırladıb ki, Rusiya – Ukrayna müharibəsi dövründə Ottava Kiyevə 9 milyard Kanada dollarından (6,6 milyard ABŞ dolları) çox müxtəlif yardım ayırıb, o cümlədən təxminən 2,5 milyard Kanada dolları (1,85 milyard dollar) dəyərində silah tədarük edib.

Son xəbərlər

Orphus sistemi