“TRT World” Bakıda keçirilmiş beynəlxalq konfransdan reportaj hazırlayıb

“TRT World” Bakıda keçirilmiş beynəlxalq konfransdan reportaj hazırlayıb “TRT World” telekanalı Bakıda keçirilmiş “Neokolonializm: İnsan haqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransla bağlı reportaj hazırlayıb.
Digər ölkələr
21 Oktyabr , 2023 14:38
“TRT World” Bakıda keçirilmiş beynəlxalq konfransdan reportaj hazırlayıb

“TRT World” telekanalı Bakıda keçirilmiş “Neokolonializm: İnsan haqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransla bağlı reportaj hazırlayıb.

“Report” xəbər verir ki, reportajda konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə asılılığında olan dənizaşırı ərazilərinin, o cümlədən Korsikanın dövlət və özəl sektorunun nümayəndələrinin, rəsmi şəxslərinin iştirak etdiyi qeyd olunub.

Beynəlxalq konfransda çıxış edənlər öz ölkələrində mövcud insan hüquqlarının vəziyyətindən danışıblar.

Konfrans iştirakçıları Fransanın keçmiş müstəmləkələrinin daxili işlərinə müdaxiləsi, insan haqlarının kobud şəkildə pozulması, o cümlədən dekolonizasiya kimi mövzulara toxunublar. Onlar dünyanın müxtəlif regionlarında yaşayan və XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsini dəstəkləyiblər.

Son xəbərlər

Orphus sistemi