Liviyanın paytaxtı Tripoli raket atəşinə tutulub, ölənlər və yaralananlar var - VİDEO

Liviyanın paytaxtı Tripoli raket atəşinə tutulub, ölənlər və yaralananlar var - VİDEO Liviyanın paytaxtı Tripoli şəhərinə bir neçə raket atılıb.
Digər ölkələr
17 Aprel , 2019 02:38
Liviyanın paytaxtı Tripoli raket atəşinə tutulub, ölənlər və yaralananlar var - VİDEO

Liviyanın paytaxtı Tripoli şəhərinə bir neçə raket atılıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" bildirib.

Məlumata görə, şəhərdə azı yeddi güclü partlayış səsi eşidilib. Bəzi ərazilərdə sıx tüstü yaranıb.

"Libya Observer" isə atəş zamanı 4 nəfərin həlak olduğunu, daha 23 nəfərin yaralandığını bildirib.

Hadisənin təfərrüatı müəyyənləşdirilir. 

Qeyd edək ki, Liviya paytaxtı Tripoli və cənub həndəvərində başlamış döyüşlər səbəbindən azı 18,2 min sakin doğma yurd-yuvalarını tərk etməli olub.

Son xəbərlər

Orphus sistemi