Trampın vergi islahatı 4 trilyon dollara yaxın vəsaitin ABŞ-a qaytarılmasına kömək olacaq

Trampın vergi islahatı 4 trilyon dollara yaxın vəsaitin ABŞ-a qaytarılmasına kömək olacaq "Onlar pullarını burada xərcləmək istəyirlər, lakin bunu etməyə icazə vermirdilər"
Digər ölkələr
21 Dekabr , 2017 01:46
Trampın vergi islahatı 4 trilyon dollara yaxın vəsaitin ABŞ-a qaytarılmasına kömək olacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ Konqresi vergi islahatını qəbul edib. Bu, amerikalıların öz vətənlərində mövcud olan yüksək vergi dərəcələri səbəbindən ofşor zonalarda saxladıqları 4 trilyon dollara yaxın vəsaitin ölkəyə qaytarılmasına imkan verəcək.

“Report”un xəbərinə görə, ABŞ prezidenti Donald Tramp iclas zamanı bildirib ki, indi bu pullar ölkəyə geri qayıda bilər.

Prezidentin fikrincə, bu pullar iş yerləri yaratmağa kömək edəcək və onları xərcləmək istəyən şirkətlərə daxil olacaq.

"Onlar pullarını burada xərcləmək istəyirlər, lakin bunu etməyə icazə vermirdilər", — deyə Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi