Trampın vəkili onun İran hakimiyyətini əvəz etmək arzusunu bildirib

Trampın vəkili onun İran hakimiyyətini əvəz etmək arzusunu bildirib Bakı. 6 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culian Amerika liderinin İranda rejimi dəyişdirmək niyyətini bildirib.
Digər ölkələr
6 May , 2018 07:03
Trampın vəkili onun İran hakimiyyətini əvəz etmək arzusunu bildirib

Bakı. 6 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culian Amerika liderinin İranda rejimi dəyişdirmək niyyətini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, bu barədə vəkil İslam respublikasında demokratiyanın irəliləyişini dəstəkləyən təşkilatın qurultayında deyib.

"Tramp İranda rejimin dəyişməsində o qədər maraqlıdır ki, lap qurultaya hazırlaşanların hamısı kimi", - deyə o bildirib. Nyu-Yorkun sabiq-merinin fikrincə, İslam respublikasında hakimiyyət dəyişikliyi "Yaxın Şərqdə sülhə yeganə yoldur".

"Bu, Fələstin-İsrail münaqişəsinin həllindən daha əhəmiyyətlidir", - deyə Rudolf Culian əlavə edib. 

Son xəbərlər

Orphus sistemi