Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirəcək
Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirəcəkABŞ-da keçirilmiş prezident seçkilərində öz məğlubiyyətini etiraf etməkdən imtina etmiş hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları yanvarın 6-da Konqresin hər iki palatasının səsvermənin nəticələrini rəsmən təsdiq edəndə Vaşinqtonda mitinq keçirəc
ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində öz məğlubiyyətini etiraf etməkdən imtina edən hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları yanvarın 6-da Konqresin hər iki palatasının səsvermənin nəticələrini rəsmən təsdiq edəndə Vaşinqtonda mitinq keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Amerika lideri cümə günü özünün tvitterdəki səhifəsində bildirib.
"Yanvarın 6-da Vaşinqtonda, saat 11:00-da (Bakı vaxtı ilə saat 20:00-da) böyük etiraz mitinqi keçiriləcək", - dövlət başçısı sosial şəbəkədə yazıb. Ağ Ev rəhbəri əlavə edib ki, tədbirin harada olacağı barədə informasiya veriləcək.
The BIG Protest Rally in Washington, D.C., will take place at 11.00 A.M. on January 6th. Locational details to follow. StopTheSteal!