ABŞ-ın sabiq prezidenti Donald Trampın müdafiəçisi, vəkil Bryus Kastor impiçment prosesində öz çıxışının başlanğıcında yanvarın 6-da Kapitoliyə hücumun iştirakçıları tərəfindən törədilən zorakılığı pisləyib.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
O, həmçinin bildirib ki, başqaları kimi o da qarışıqlıqlar nəticəsində həlak olmuş polisə görə kədərlənir.
"Prezident Trampı təmsil edən insanlardan heç vaxt başqa bir şey eşitməyəcəksiniz, yalnız 6 yanvarda baş verənlər və Kapitoliyin basqını və ələ keçirilməsi ən sərt şəkildə mühakimə olunmalı və bunun üçün cavabdeh olanlar tam olaraq məhkəməyə gətirilməlidir", - o deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları belə insanların axtarışı və onların məsuliyyətə cəlb edilməsinin öhdəsindən yaxşı gəlirlər. “Günahkarları tapmaq arzusu – bu təbii cəhddir”, - vəkil əlavə edib.