ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Macarıstanın Baş naziri Viktor Orbanın irəli sürdüyü münaqişənin həlli üçün Ukraynada atəşkəsin olması təklifi nəzərdən keçirməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts “CBS” telekanalında bildirib.
Ondan Orbanın Ukraynada atəşkəs və Milad bayramları zamanı Rusiya ilə əsirlərin mübadiləsi ilə bağlı daha əvvəl elan edilmiş təşəbbüsünü şərh etməsi istənilib.
“Hərbi əməliyyatları dayandırmaq lazımdır. Əgər ilk addım kimi hansısa atəşkəs təklif edilərsə, o zaman bunun nə demək olduğunu diqqətlə öyrənəcəyik”.
O xatırladıb ki, bu təklifi Rusiya prezidenti Vladimir Putinə təqdim etməzdən əvvəl Orban Floridada Trampla görüşüb. Lakin prezidentin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Trampın Orban vasitəsilə Rusiya liderinə hər hansı mesaj verib-vermədiyinə aydınlıq gətirməkdən imtina edib.