Konqresmen Trampın impiçmenti haqqında qətnamə irəli sürmək niyyətindədir

Konqresmen Trampın impiçmenti haqqında qətnamə irəli sürmək niyyətindədir Bakı. 4 yanvar. REPORT.AZ/ Nümayəndələr Palatasının üzvü Bred Şerman yeni çağırış Konqresin ilk iş günündə ABŞ prezidenti Donald Trampın impiçmenti haqqında qətnamə irəli sürməyi planlaşdırır.
Digər ölkələr
4 Yanvar , 2019 06:38
Konqresmen Trampın impiçmenti haqqında qətnamə irəli sürmək niyyətindədir

Bakı. 4 yanvar. REPORT.AZ/ Nümayəndələr Palatasının üzvü Bred Şerman yeni çağırış Konqresin ilk iş günündə ABŞ prezidenti Donald Trampın impiçmenti haqqında qətnamə irəli sürməyi planlaşdırır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərini "Los Angeles Times" nəşri sitat gətirib.

"Konqresin bu layihəyə baxmaması üçün heç bir səbəb yoxdur", - deyə o bildirib.

Konqresmenin sözlərinə görə, Tramp hər gün onun dövlət başçısı postundan getməsinin Amerika üçün faydalı olacağını nümayiş etdirir.

Daha əvvəl Konqresin Nümayəndələr Palatasındakı demokratların lideri Nensi Pelosi Trampın impiçmentini istisna etməyib.

Son xəbərlər

Orphus sistemi