Trampın ilk xarici səfərinin hansı ölkəyə edəcəyi məlum olub
Digər ölkələr
- 31 mart, 2025
- 05:19
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
“Report” xəbər verir ki, “Axios” portalının öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu, onun 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq.
İki ABŞ rəsmisi və prezidentin səfəri ilə tanış olan mənbə bildirib ki, Tramp Ağ Evə qayıtdıqdan sonra ilk xarici səfərini mayın ortalarında Səudiyyə Ərəbistanına etməyi planlaşdırır.
Qeyd edək ki, cari ilin fevral ayının əvvəlində Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanına, eləcə də İsrailə və Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirib. Lakin o, bu səfərlərin mümkün tarixlərini açıqlamayıb.
Son xəbərlər
04:00
KİV: ABŞ və Niderlandın veteran "F-16" pilotları Ukrayna səmasını müdafiə edir
Digər ölkələr03:29
"Okean Ştatı"nda baş verən atışmada şübhəli şəxs daxil olmaqla üç nəfər ölüb
Digər ölkələr03:06
Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında medal əldə edib
Digər ölkələr02:47
Kanada dünyanın 40 ölkəsi ilə Trampa qarşı birləşir
Digər ölkələr02:06
Polşa hökuməti vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Digər ölkələr01:43
Nepal həvəskar alpinistlərə Everestə çıxmağı qadağan edəcək
Digər ölkələr01:12
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
Digər ölkələr00:43
Mətbuat Rusiya, Ukrayna və ABŞ arasındakı danışıqlara buraxılmayacaq
Digər ölkələr00:20
Video