Trampın müalicə olunduğu hospitalın yaxınlığında şübhəli çanta aşkarlanıb

Trampın müalicə olunduğu hospitalın yaxınlığında şübhəli çanta aşkarlanıb ABŞ-ın Merilend Ştatında polis prezident Donald Trampın koronavirusdan müalicə edildiyi Uolter Rid adına hərbi hospitalın ətrafında şübhəli çantaya görə yolu bağlayıb.
Digər ölkələr
4 Oktyabr , 2020 08:12
Trampın müalicə olunduğu hospitalın yaxınlığında şübhəli çanta aşkarlanıb

ABŞ-ın Merilend Ştatında polis prezident Donald Trampın koronavirusdan müalicə edildiyi Uolter Rid adına hərbi hospitalın ətrafında şübhəli çantaya görə yolu bağlayıb.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı bildirib.

Hadisə ilə əlaqədar ABŞ liderinin tərəfdarlarının tibb mərkəzinin yaxınlığındakı dəstək aksiyası dayandırılıb. Bundan sonra əraziyə bombaların zərərsizləşdirilməsi üzrə dəstə və asayiş keşikçiləri kinoloji itlərlə gəlib. Onlar əşyanı yoxlayıblar, onun təhlükəsizliyindən əmin olduqdan sonra Trampın tərəfdarlarına öz təntənəli yürüşlərini davam etdirməyə icazə veriblər.

Qeyd edək ki, oktyabrın 2-də ABŞ prezidenti özünün və xanımı Melanya Trampın koronavirusa yoluxduğunu bildirib. Dövlət başçısı elə həmin gün Uolter Rid adına hərbi tibbi hospitala yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi