Trampın fərmanına əsasən İraq və Yəmən vətəndaşlarına Nyu-Yorka uçmaq qadağan edilib

Trampın fərmanına əsasən İraq və Yəmən vətəndaşlarına Nyu-Yorka uçmaq qadağan edilib Sərnişinlərin uçuş üçün vizalarının olmasına baxmayaraq, onlar öz ölkələrinə reyslərə yönləndiriliblər
Digər ölkələr
28 Yanvar , 2017 18:23
Trampın fərmanına əsasən İraq və Yəmən vətəndaşlarına Nyu-Yorka uçmaq qadağan edilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Qahirə aeroportunda İraqın 5, Yəmənin isə 1 vətəndaşına ABŞ təyyarəsinə minmək qadağan edilib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" aeroportdakı mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, bu qərar prezident Donald Trampın dünyanın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişə qadağa qoyulması haqqında fərmanına əsasən qəbul edilib.

Məlumata görə, sərnişinlər Qahirədə yerdəyişmə zamanı dayandırılıb. Sərnişinlərin uçuş üçün vizalarının olmasına baxmayaraq, onlar öz ölkələrinə reyslərə yönləndiriliblər.

Son xəbərlər

Orphus sistemi