Tramp yerli mikrosxem istehsalçısının Çinə satışına qadağa qoyub

Tramp yerli mikrosxem istehsalçısının Çinə satışına qadağa qoyub Buna səbəb kimi ölkənin milli təhlükəsizliyi üçün yarana biləcək risk göstərilib
Digər ölkələr
14 Sentyabr , 2017 05:09
Tramp yerli mikrosxem istehsalçısının Çinə satışına qadağa qoyub
Courtesy İmage

Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Amerikanın mixrosxem istehsalı üzrə ixtisaslaşan "Lattice Semiconductor Corporation" şirkətinin Çinin "China Venture Capital Fund Corporation Limited" dövlət müəssisəsinə satışı üzrə sövdələşməni əngəlləyib.

"Report"un xəbərinə görə, bu barədə Ağ evin mətbuat katibi Sara Sandres məlumat verib.

Buna səbəblərdən biri kimi ABŞ-ın milli təhlükəsizliyi üçün yüksək riskin olması göstərilib. Qeyd olunur ki, əqli mülkiyyət obyektlərinin xarici alıcılara satılmasından sonra milli təhlükəsizlik təhlükə altına düşə bilər.

Son xəbərlər

Orphus sistemi