Tramp yenidən Ağ Evin rəsmisi Şon Spayserin dəyişdirilməsi barədə düşünür

Tramp yenidən Ağ Evin rəsmisi Şon Spayserin dəyişdirilməsi barədə düşünür ABŞ prezidenti mətbuat katibinin vəzifədə qalıb-qalmayacağı barədə sualı cavablandırmayıb
Digər ölkələr
13 May , 2017 04:07
Tramp yenidən Ağ Evin rəsmisi Şon Spayserin dəyişdirilməsi barədə düşünür
Courtesy İmage

Bakı. 13 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp yenidən Ağ Evin rəsmi nümayəndəsi Şon Spayserin dəyişdirilməsi barədə düşünür.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" Amerika administrasiyasındakı mənbələrə istinadən yazır.

Mənbənin sözlərinə görə, prezident bununla yanaşı, komandasının yenidən qurulmasının daha böyük imkanlarını nəzərdən keçirir. Tramp hesab edir ki, onun komandasının rabitəyə cavab verən üzvləri FTB-nin sabiq direktoru Ceyms Kominin istefaya göndərilməsi ilə bağlı diskussiyaları dayandıra bilməyiblər.

Bildirilir ki, "Fox News" telekanalındakı müsahibədə Tramp Spayseri "gözəl insan" adlandırıb. Lakin o, mətbuat katibinin bu vəzifədə qalıb-qalmayacağı barədə sualı cavablandırmaqdan imtina edib.

Əvvəllər isə Spayserin bir neçə gün iş yerində olmadığı xəbər verilib.

Son xəbərlər

Orphus sistemi