ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz tərəfdarları üçün Birləşmiş Ştatların 45-ci prezidentinin yeni
“Report” xəbər verir ki, onlayn-resurs bəyanat yayaraq, saytın yaranma məqsədini açıqlayıb. Açıqlamada qeyd edilir ki, siyasətçi və onun komandası "Tramp administrasiyasının mirasını saxlamağa", həmçinin sabiq dövlət başçısının “Make America Great Again” seçkiqabağı kampaniyası şüarını irəli çəkməyə davam etməyə çalışırlar.
“Donald Trampın ofisi vətəndaş və cəmiyyət fəallığı sayəsində Amerika Birləşmiş Ştatları üçün həqiqətən böyük bir gələcək qurmağı ümid etdiyi üçün amerikalıları hər sahədən məlumatlandırmağa, öyrətməyə və ilhamlandırmağa çalışacaq”, - deyə saytın açıqlamasında bildirilir.
Daha əvvəl bildirilirdi ki, ABŞ-ın keçmiş prezidenti sosial mediaya iki-üç ay sonra şəxsi platformada qayıdacaq. Trampın müşaviri Ceyson Miller bildirmişdi ki, Tramp yaxın vaxtlarda yeni şəxsi platformada sosial media sahəsində fəaliyyət göstərəcək.